Qambiya sahillərində miqrant gəmisi qəzaya uğrayıb: azı 12 nəfər həlak olub

11

Qambiyanın Şimal Sahil bölgəsində miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində azı 12 nəfər həlak olub.

Denizxeber.az bildirir ki, bu barədə Qambiya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, Cinak Kacata sahillərində baş verən hadisə ilə bağlı itkin düşənlərin tam sayı hələlik müəyyən edilməyib.

Məlumatlara görə, miqrantlar Atlantik okeanı marşrutu ilə Avropaya üzməyə cəhd göstəriblər. Hazırda Qırmızı Xaç könüllüləri zərərçəkənlərə psixoloji dəstək göstərir, humanitar təşkilat isə axtarış-xilasetmə tədbirlərinin əlaqələndirilməsi üçün aidiyyəti dövlət orqanları ilə sıx əməkdaşlıq edir.