Azərbaycanda Ümumdünya Qida Günü qeyd olunur

10

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranması günü kimi 1945-ci il oktyabrın 16-da təsis edilən Ümumdünya Qida Günü bu il “Bu gün innovasiya et, sabahı bəslə” devizi altında keçirilir. FAO tərəfindən seçilən bu mövzu qlobal aclığa son qoymaq və aqrar-ərzaq sistemlərini yenidən qurmaq üçün elm, texnologiya, rəqəmsal innovasiyalar və yerli biliklərin birləşdirilməsinin vacibliyini ön plana çəkir.

Denizxeber.az bildirir ki, ölkəmizdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması dövlət siyasətinin prioritet istiqamətidir. Hazırda “2019–2025-ci illər üçün Dövlət Proqramı” 92 faiz icra göstəricisi ilə uğurla yekunlaşdırılıb. Növbəti mərhələdə – “2027−2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində isə “Vahid Sağlamlıq” konsepsiyasının tətbiqi, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində süni intellekt modellərinin və rəqəmsal izlənilmə texnologiyalarının inkişafı, həmçinin HACCP sisteminin genişləndirilməsi əsas hədəflər kimi müəyyən edilib.