Arktika buzunda dəniz məməlilərinin nəfəs alması üçün yaranan dəliyə baxan ağ ayının təsvir olunduğu təsirli fotoşəkil “Our Nature Environmental Photo & Video Awards 2026” müsabiqəsində “Ekoloji foto və video” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Denizxeber.az bildirir ki, fotoqraf Audun Rikardsenin “Suitinin kabusu” adlı fotoşəkildə ayı buzun altına yerləşdirilmiş kameranın obyektivinə birbaşa baxır.
Şpitsbergen sahillərində çəkilən bu kadr fotoqrafın əvvəllər oxşar çəkiliş zamanı ayının kameranı suya salması təcrübəsindən ilhamlanaraq ərsəyə gəlib. Qeyd edək ki, 35 ölkədən 2 100-dən çox işin təqdim olunduğu bu müsabiqə fotoqrafiya sənəti vasitəsilə ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməni təşviq etmək amacı daşıyır.





