“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmi aşpazı olmaq istəyən namizədlər üçün yeni iş imkanı təqdim edib.
Məlumata görə, müraciət edən namizədlərdən aşpazlıq üzrə peşə təhsili, gəmidə ən azı 1 il aşpaz kimi iş təcrübəsi və dənizçilik sahəsinə aid müvafiq sənədlərin olması tələb olunur.
Vakansiya haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün ASCO-nun rəsmi internet səhifəsindəki müvafiq keçiddən (asco.az) istifadə etmək mümkündür.
https://asco.az/az/pages/6/65/vacancy/12608





