Türkiyə Respublikasının Cümhuriyyət Bayramı mübarək!

124

29 oktyabr — Türkiyə Respublikasının elan olunmasının ildönümü münasibətilə qardaş Türkiyə xalqını səmimi-qəlbdən təbrik edirik!

Bu əlamətdar gün Türkiyə xalqının azadlıq, müstəqillik və milli iradə uğrunda mübarizəsinin, dövlətçilik ənənələrinə sədaqətinin rəmzidir.

Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daim möhkəmlənməsini, hər iki ölkənin inkişafını, tərəqqisini və firavanlığını arzulayırıq.

Qoy Türkiyə Respublikasının ay-ulduzlu şanlı bayrağı hər zaman qürurla dalğalansın, qardaş Türkiyə xalqının birliyi, əmin-amanlığı və rifahı daim olsun!

Yaşasın Türkiyə Respublikası!
Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!