Hörmüz boğazında iki tanker minaya düşüb

46

Hörmüz boğazında dəniz minalarına düşən iki tanker qəzaya uğrayıb; gəmilərdən biri supertanker sinfinə aiddir.

Denizxeber.az bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatına istinadən xəbər yayıb.

Bildirilib ki, insident gəmilərin İran tərəfindən icazə verilməyən marşrutla hərəkət etməyə cəhd göstərdiyi zaman baş verib. Hadisə nəticəsində tankerlərdən birində güclü yanğın qeydə alınıb. Hələlik hadisənin digər təfərrüatları və gəmilərin vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.