Azərbaycan Su İdmanı Federasiyası sahil avarçəkməsinə marağı artırmaq və bu idman növünə yeni iştirakçılar cəlb etmək məqsədilə tanıtım günlərinə start verir.
Hər həftənin bazar günü saat 12:00-dan 15:00-dək keçiriləcək tanıtım günündə iştirakçılar sahil avarçəkməsi ilə yaxından tanış olmaq, xüsusiyyətlərini öyrənmək və ilk məşqlərini ödənişsiz keçmək imkanı əldə edəcəklər.
Avarçəkməyə marağı olan 8 yaşdan yuxarı hər kəs bu fürsətdən yararlanaraq sahil avarçəkməsində ilk addımlarını ata bilər.
#AWSF #avarçəkmə #bizəqoşul Adıyla və dadıyla!




