Azərbaycan Dövlət Dəniz Akademiyasında uşaq hüquqlarının qorunmasına həsr olunmuş dəyirmi masa keçirilib – FOTO

38

Noyabrın 4-də Azərbaycan Dövlət Dəniz Akademiyasında “Azərbaycan Respublikasında Uşaqların Hüquqlarının qorunması” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.

Denizxeber.az bildirir ki, tədbirdə “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev Uşaq hüququnun qorunmasının əhəmiyyətini vurğulamış, həmin kafedranın baş müəllimi, ixtisasca hüquqşünas Elbrus Həşimov “Azərbaycan Respublikasında Uşaqların Hüquqlarının qorunması” mövzsunda məruzə etmiş, “Gəmi sürücülüyü” fakultəsinin Gənclər Təşkilatının sədri Fərhad Abbasov Azərbaycanda Uşaq hüquqlarının qorunmasını şərtləndirən amillərə diqqət yetirmişdir.

Müzakirələrdə qeyd olunmuşdur ki, BMT Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində “Uşaq Hüquqları haqqında” Konvensiya qəbul edilmişdir. Azərbaycan Respublikası da BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmaqla uşaqların hüquqlarının təmin olunması sahəsində üzərinə bir sıra öhdəliklər götürmüşdür. Uşaq hüquqlarının müdafiəsi və təşviqi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətində də önəmli yer tutur. Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən “Uşaq Hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixləri ölkədə “Uşaq Hüquqları Aylığı” elan edilmişdir.