IMO: Fevralın 28-dən bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub

22

ABŞ və İran arasında davam edən münaqişə nəticəsində fevralın 28-dən bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub.

Denizxeber.az bildirir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə regionda ticarət gəmilərinə edilən hücumların sayı 130-a çatıb, minlərlə dənizçi isə Fars körfəzində qapalı vəziyyətdə qalıb. Sonuncu ölüm hadisəsi noyabrın 5-də hücuma məruz qalan “Velos Sapphire” tankerində qeydə alınıb.

IMO-nun baş katibi Arsenio Dominqes dənizçilərin münaqişə səbəbindən həyatlarını itirdiklərini, yaralandıqlarını və zəruri ərzaq, su və tibbi yardımdan məhrum olduqlarını bildirib.

Təşkilatın Şurası üzv dövlətləri dənizçilərin və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təhdid edən qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb. IMO, həmçinin insan itkilərinin və böhranın humanitar nəticələrinin azaldılması üçün əlavə tədbirlər hazırlayacağını bəyan edib.