Dövlət #Dəniz və #Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.
Xəbərdarlığa əsasən, noyabrın 8-də Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 9-na kimi davam edəcək.
Küləyin sürətinin 18-23 m/s, arabir
25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün 2.5-3.5 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.
#DDLA
#Dəniz
#Liman
#hava
#külək





