İran XİN: Körfəzdə gərginlik daha da arta bilər

348

İrana məxsus tankerin Cəbəllütariqdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən saxlanılması körfəz ətrafında da gərginliyin artmasına səbəb ola bilər.

“Report” PressTV-yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bildirib.

“Böyük Britaniyanın neft tankerini saxlamaq kimi pozucu əməlləri körfəzdə gərginliyi daha da artıra bilər”, – XİN rəsmisi bildirib.

Xatırladaq ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti bu gün Panama bayrağı altında üzən “Grace 1” tankerini Suriyaya neft daşıdığı şübhəsi ilə saxlamışdı.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları bu ölkə ilə az qala hər cür işgüzar əlaqələri, xüsusilə də neft və neft məhsulları ticarətini məhdudlaşdırır.