#ASANSchool könüllülük proqramı çərçivəsində #innovatividareetme layihəsinin növbəti qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov olub.

1089


10 dekabr 2016-cı il tarixində 
#ASANSchool könüllülük proqramı çərçivəsində #innovatividareetme layihəsinin növbəti qonağı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov olub. 
100-dən çox ASAN könüllünün iştirak etdiyi görüşdə Baş direktor gəncləri maraqlandıran sualları cavablandırıb, gənclərə öz tövsiyyələrini verib, eyni zamanda gəncləri Bakı Limanı və Azad Ticarət Zonası barədə məlumatlandırıb. Daha sonra tədbir sual-cavab şəklində davam edib. Qonaq gənclərin Bakı Limanı, şəxsi inkişaf, təhsillə bağlı suallarını cavablandırıb və birlikdə layihələrlə bağlı təkliflər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, 2015-ci ildən start götürən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dövlət İdarəçilik Akademiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində könüllülər ölkənin bir sıra tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək imkanı əldə edərək, onları maraqlandıran suallar ünvanlayaraq cavab əldə etmə şansı qazanmış olurlar.
#Portofbaku #ASANxidmet #ASANkonulluleri #ASANVolunteers