Bakı Limanı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Anlaşma Memorandumu imzalayıb

1346

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Baş icraçı direktoru Xalid Məhəmməd əl Əbudi: “Azərbaycanın coğrafi mövqeyi, yerləşdiyi logistik məkanı ona imkan verir ki, Azərbaycan digər imkanlardan istifadə etsin. Misal üçün, biz bugün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Azad Ticarət Zonasının fəaliyyətinə dair anlaşma memorandumu imzaladıq. Hesab edirik ki, bu şansdan da yararlanmaq lazımdır. Biz bu layihədə təkcə investor kimi iştirak etməyəcəyik. Biz, digər xarici ölkələrin investorlarını da bura cəlb etmək üçün aktiv fəaliyyət göstərəcəyik.”