“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

646

“Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 684-675 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.