Yeni gəmilərin perspektiv layihələndirilməsi

890

Gennadiy Yeqorov, Dəniz Mühəndisliyi Bürosunun Baş direktoru

– Dəniz Mühəndisliyi Bürosu gəmiçilik və gəmi saxlama sahəsində məhsulların hazırlanması ilə məşğul olan müasir və özəl mühəndislik şirkətidir. Biz “TransCaspian/Translogistica-2017” sərgisində birgə müəssisəmiz olan Xəzər Dəniz Mühəndisliyi Bürosunu təqdim edirik. Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında istifadə edilmək üçün Bakı Gəmiqayırma Zavodunda tikintisinə start verilmiş “Ro-Pak” tipli bərə gəmisi bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, sadəcə gözəl gəmi deyil, həm də bizim üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə birlikdə uğurla keçəcəyimizə ümid etdiyimiz böyük bir yolun başlanğıcıdır.

Bakıya səfər etməkdə məqsədimiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkəti üçün yeni gəmilərin layihələndirilməsi ilə bağlıdır. Söhbət bütöv bir proqramdan, Azərbaycan üçün yeni gəmilərin inşası üzrə geniş layihələr spektrindən gedir. Bura tankerlər və xilasetmə gəmiləri, habelə qazma işləri üçün gəmilər daxildir. Biz sərgidə debüt edirik və buna görə də ilk növbədə sənaye peşəkarları ilə ünsiyyət qurmaq niyyətindəyik – bu, bizim üçün çox vacibdir, çünki bunun sayəsində birgə fəaliyyət perspektivləri yaranacaq.