İstənilən istismar şəraitində etibarlılıq

764

Anastasiya Fedotçenko, “Rostovskiy port” şirkətlər qrupunun marketinq üzrə direktoru

– “RİF”  ASC gəmiqayırma və gəmi təmiri şirkəti Azərbaycanda keçirilən beynəlxalq “CIBS 2017” sərgisində debüt edir. Biz burada unikal məhsulu – yüksək sıxlıqlı polietilendən hazırlanan katerləri təqdim edirik. Bizim müəssisə Rusiyada bu innovativ materialdan kater hazırlayan yeganə şirkətdir. Yüksək zərbəyə davamlılıq, zərbədən sonra formanın bərpa olunması, plastiklik və yüngüllük gəmiyə böyük yükgötürmə, suda batmama və yüksək sürət imkanı verir. Bizim katerlər bütün sınaqlardan uğurla keçib və istənilən istismar şəraitində etibarlı olduqlarını sübut edib. Gəmi sərnişinlərin və kiçik həcmli yüklərin daşınmasında, su üzərində gəzinti-əyləncə tədbirlərində, lövbər dayanacaqlarının yerinin araşdırılmasında və ölçü işlərinin, eləcə də sahil yaxınlığında topoqrafik-geodeziya işlərinin yerinə yetirilməsində, habelə suyadalma, qəza-xilasetmə və digər tapşırıqların icrasında istifadə oluna bilər.

Xəzər dənizi hövzəsi bizi çox maraqlandırır və biz bu sərgi sayəsində həm Azərbaycanda, həm də regionda katerlərimiz üçün müştəri tapmaq istərdik. Stendimizdə liman xidmətləri, losman şirkətləri, FHN və hərbi sektorun nümayəndələrini səbirsizliklə gözləyirik –şirkətimizin kifayət qədər geniş fəaliyyət istiqaməti və auditoriyası var!

Sərgi çox heyrətamiz, genişmiqyaslı və rəngarəngdir, burada stendlərin müxtəlifliyi və maraqlanan ziyarətçilərin fəallığı bizi sevindirir.