Cəbəllütariq boğazında ingilis və ispan gəmiləri arasında gərginlik yaranıb

413

Böyük Britaniya və İspaniya arasında 300 ildir həllini tapmayan mübahisəli Cəbəllütariq boğazında iki ölkənin hərbi gəmilərinin qarşı-qarşıya gəlməsi nəticəsində gərginlik yaranıb.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, fevralın 17-də Cəbəllütariq boğazında üzən ticarət gəmilərinə ispan donanmasının ərazi sularını tərk etmək barədə əmr verməsindən sonra ingilis donanmasının müdaxiləsi nəticəsində qarşı tərəfin öz gəmiləri mübahisəli zonanı tərk təməli olub. Gəmilərin üz-üzə gəldiyi vəziyyətdə İspaniya donanmasının hərbi gəmilərinin silahlarının açıq olduğu və əsgərlərin döyüş vəziyyətinə gətirildiyi qeyd olunub.

Cəbəllütariq muxtar hökuməti ispan hərbi gəmilərinin ticarət gəmilərinə verdiyi əmri “axmaq addım” adlandırıb. Hökumətin təmsilçisi bəyan edib ki, BMT qətnaməsinə uyğun olaraq, bütün dünyanın İngiltərənin hegemonluğunu tanıdığı Cəbəllütariq boğazında ispan gəmilərinin oynadığı oyun quru səs-küydən başqa bir şey deyil.

Şimali Afrika sahillərindən cəmi 18 kilometr məsafədə olan və strateji əhəmiyyətə malik Cəbəllütariq boğazı Böyük Britaniyaya aiddir. Lakin İspaniya da özəl statusu olan bu bölgəyə iddia edir. 2002-ci ildə bu mübahisəli ərazinin əhalisi arasında keçirilən referendumda iştirak edənlərin 99 faizi İngiltərənin hegemonluğunu seçiblər. Lakin bölgə əhalisi Brexit referendumunda 96 faizlik səslə Avropa İttifaqının tərkibində qalmaq istədiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır