İranın yeni “Fateh” adlı sualtı qayığı hərbi dəniz qüvvələrinin istifadəsinə verilib

342

İranın milli istehsalı olan yeni “Fateh” adlı sualtı qayıq hərbi dəniz qüvvələrinin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Prezident Həsən Ruhani və müdafiə naziri Əmir Xatəminin iştirakı ilə keçirilən tədbirdə sualtı qayığın texniki göstəriciləri barədə məlumat verilib. Çəkisi 600 ton olan qayıq müasir silahlar və raketlərlə təchiz edilib. Qayıq yalnız suyun altında deyil, suyun üzərindəki hədəfləri də vurmaq imkanına malikdir. Dənizin 200 metr dərinliyinə dalmaq iqtidarında olan qayıq bu dərinlikdə 5 həftəyə qədər qala bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır