Marian çökəkliyinin dibindən plastik tullantı tapılıb

974

Amerikalı tədqiqatçı Viktor Veskovo dünya okeanının ən dərin yeri olan Marian çökəkliyinin dibinə enməklə sözügedən dərinliyə tək dalma üzrə rekord müəyyən edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “LiveScience” portalı yazıb.

O, son üç həftə ərzində “Five Deeps” ekspedisiyası çərçivəsində Marian çökəkliyinə üç dəfə düşüb.

“Veskovo DSV Limiting Factor” sualtı qayığı 3,5-4 saat ərzində 10 927 metr dərinliyə enib. Onun sözlərinə görə, dünya okeanının dibi soyuq və sakitdir.

Enmə zamanı tədqiqatçı xərçəngkimilərin dörd növünü kəşf edib.

Veskovo həmçinin dünyan okeanının çirklənməsinin şahidi olub. O, Marian çökəkliyinin dibindən plakstik paket və konfet kağızı tapıb.