ABŞ-da 1,3 milyard dollarlıq qaçaq kokain daşıyan gəmi saxlanılıb

333

ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Agentliyi Filadelfiya limanında “JP Morgan” şirkətinə məxsus gəmidən dəyəri 1,3 milyard dollar olan 20 ton qaçaq kokain aşkar edib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı “The Wall Street Journal” yayıb.

Prokuror Uilyam Mak Sveyn məsələ ilə bağlı bildirib ki, 90 milyon dollar qiyməti, 10 min konteynerlik tutumu olan gəmi müsadirə ediləcək. O deyib ki, belə tutumda gəminin müsadirə olunması görünməmiş hadisədir. Çilidən yola düşən gəmi Peru, Panama, Baham adalarından keçərək ABŞ-da yan alacaqmış. Oradan isə Avropaya doğru yola çıxacaqmış. Liberiya bayrağı altında üzən gəminin Serbiya və Samoa vətəndaşlarından ibarət 8 nəfərlik heyəti həbs edilib. Gəmi kapitanının köməkçisi və heyətin bir üzvü gəmiyə kokain gətirməkdə ittiham olunur.