Türkiyə XİN: Aralıq dənizindəki fəaliyyətimiz beynəlxalq hüquqa əsaslanır

345

Türkiyənin Aralıq dənizinə yola saldığı “Yavuz” kəşfiyyat-qazma gəmisi təyinat rayonuna çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda, həmçinin Türkiyənin Aralıq dənizindəki fəaliyyətinin beynəlxalq hüquqa əsaslandığı bildirilir.

Qeyd edilir ki, Türkiyənin Aralıq dənizindəki fəaliyyəti Şimalı Kiprin razılığı ilə beynəlxalq hüquqa əsaslanır və BMT-nin müəyyən etdiyi bölgü əsasında ayrılan sahəni əhatə edir. “Yavuz” gəmisi Şimali Kiprin Karpaz yarımadasının cənubundakı sahələrdə karbohidrogen ehtiyatlar üzrə kəşfiyyat-qazma işləri aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır