Tunisdə gəminin çevrilməsi nəticəsində 80 nəfər ölüb

295

Ötən həftə Tunis sahillərində qeyri-leqal miqrantları daşıyan rezin qayığın çevrilməsi nəticəsində 80 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tunis Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Monji Slimə istinadən “Mosaique.fm” radiostansiyası məlumat yayıb.

Hava ilə doldurulmuş qayıq Liviya sahillərindən iyulun 3-də yola çıxıb. Bir müddətdən sonra Tunis sahillərində çevrilib. Yalnız 5 nəfər sağ qalıb. Onlardan iri sonradan xəstəxanada ölüb.