Azərbaycan Dövlət Dəniz Akademiyasının bakalavr pilləsinə qəbul olunmuş abituriyentlərin nəzərinə!

1357

DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki, ADDA-ya qəbul olunmuş abituriyentlərin qeydiyyatdan keçməsi üçün tələb olunan sənədlərin siyahısı:


1. Şəxsiyyət vəsiqəsinin əsli və surəri; (2 nüsxə)
2. Attestatın əsli və surəti;
3. Çağırışçı şəhadətnaməsi və ya hərbi biletin əsli və surəti;
4. Tibbi arayış (forma 086) (“Gəmiqayırma və gəmi təmiri” ixtisasnına qəbul olanlar üçün)
5. 8 ədəd 3×4 fotoşəkil;
6. Abituriyentin elektron ərizəsi və fin kodu;
7. Ödənişli tələbələr üçün ödəniş haqqında çekin əsli və surəti;
8. Tərcümeyi-hal;
9. İmtiyazlı tələbələr üçün imtiyazlı olduğunu təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti;

 Sənədlərin qəbulu 15.08.2019-27.08.2019 tarixinədək saat 9-00-17-00-dək ADDA-nın əsas korpusunda aparılır. 

 Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 18. (Sahil metro stansiyasının yaxınığında)