Hövsanda yeni dəniz limanı qeydiyyata alınıb

2116

Vergilər Nazirliyi “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-ni qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib.

“2019-cu il iyulun 12-də nizamnamə kapitalı 10 min manat ilə “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” qeydiyyatdan keçib. Cəmiyyətin rəsmi nümayəndəsi Rəşad Daşdəmirovdur”, – nazirlikdən qeyd ediblər.

Müəssisə Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşir.