İnstitut direktoru: “Xəzərdə dənizin səviyyəsinin 1 metrdən çox aşağı düşməsi fəlakət deyil”

352

“Xəzər dənizində suyun səviyyəsinin 1 metrdən çox azalması fəlakət deyil və bu, ekstremal hal sayılmır”.

“Report” xəbər verir ki, bunu AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun diektoru Ramiz Məmmədov deyib.

O xatırladıb ki, 1978-1995-ci illərdə dənizdə suyun səviyyəsinin 2,5 metr yüksəlməsi Azərbaycan iqtisadiyyatına 2,5 milyard dollar ziyan vurub: “Bax bu, ekstremal hal idi”.

“Bu gün üçün Xəzərdə suyun səviyyəsəyinin 1 metrdən çox azalması müşahidə olunur. Bu da ekstremal işlərin görülməsi üçün zəmin sayıla bilməz. Ola bilsin ki, bir müddətdən sonra dəniz suyunun səviyyəsi əvvəlki vəziyyətinə qayıtsın. Xəzərdə suyun səviyyəsinin dəyişməsi dövrü xarakter daşıyır”, – R.Məmmədov əlavə edib.