Türkiyə və Rusiya qarşılıqlı ticarətdə milli valyutadan istifadə edəcək

286

Türkiyə və Rusiya qarşılıqlı ticarətdə milli valyutadan istifadə edilməsi ilə bağlı razılaşma imzalayıb. 

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov məlumat verib. 

Onun sözlərinə görə, söhbət “Türkiyə ilə ödəmələrdə və müqavilələrdə milli pul vahidlərinin istifadə edilməsi haqqında razılaşma”dan gedir.