Yaponiyada tayfuna görə Panama gəmisi batıb

324

Tokio körfəzində “Haqibis” qasırğasına görə lövbərdə dayanan Panama yük gəmisi batıb.

“Report” xəbər verir ki, bu barədə “Kiodo” agentliyi Yaponiya sahil mühafizəsinə istinadən məlumat yayıb.

Gəmidə yeddi Çin, üç Myanma və iki Vyetnam vətəndaşının olduğu qeyd edilib.

Məlumata görə, gəmi 12 oktyabr şənbə axşamı tayfun Yaponiyaya çatan zaman batıb.