Bakı Limanı : Müxtəlif vəzifələr üzrə vakansiyalar elan edir

21690

Bakı Limanı üçün port əməliyyatları və liman idarəçiliyinin müxtəlif sahələrini təmsil edən 600-dən çox mütəxəssis işləyir. Sağlam və mehriban iş mühiti, karyera inkişafı, təlimlər və peşə inkişafı üçün imkanlar təklif edirik. 

Məqsədimiz Avrasiya regionunda nəqliyyat və logistika mərkəzi olmaq və ölkəyə ən yaxşı təcrübələr gətirməkdir.

Xahiş edirik CV-nizi iş imkanları üçün [email protected] ünvanına göndərin.

Mövcud vakansiyalar:

1. VAKANSİYA

VƏZİFƏ: STATİSTİK

Əsas vəzifə və öhdəliklər:

  • Terminallar, istiqamətlər və yükün növü üzrə yükaşırmaların aylıq statistik hesabat məlumatlarını toplamaq;
  • Limana daxil olan gəmilərin statistik hesabat uçotunu tərtib etmək;
  • Statistik uçotun məlumatları əsasında müxtəlif arayışlar hazırlamaq;
  • Liman üzrə görülmüş işə görə aylıq gəlirin hesabatını tərtib etmək, aylıq gəliri müvafiq proqram təminatında yoxlamaq;
  • Dövlət Statistika komitəsinə müvafiq hesabatları tərtib etmək

Bilməlidir:

  • İqtisadi statistikanın əsaslarını;
  • Statistik uçot və hesabat üzrə ilkin sənədlərin formalarını və onların doldurulması qaydalarını;
  • Hesablama texnikasının istismarı qaydasını.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Rus dili əla, ingilis dili arzuolunandır.

Təhsili: ali təhsilli

Yaş həddi : 25-45 yaş
İş təcrübəsi: müvafiq sahədə ən az 1 il təcrübə

2. VAKANSİYA

VƏZİFƏ: PATRUL

Əsas vəzifə və öhdəliklər:

  • təhkim olunan ərazinin mühafizəsini həyata keçirmək;
  • növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
  • ehtimal olunan və baş vermiş hadisələr barədə patrul rəisinə vaxtlı-vaxtında məlumat təqdim etmək və müvafiq qeydiyyatlar aparmaq;
  • növbətçiliyi  həyata  keçirən  zaman  cəmiyyətə məxsus əmlakın, habelə qorunması tapşırılmış digər avadanlıqları müvafiq təlimatın tələblərinə uyğun olaraq qorumaq;
  • daxil olan siqnal əsasında baş verə biləcək  və ya  baş vermiş hadisə yerinə çatmaq və təlimata uyğun olaraq tədbirlər həyata keçirmək;

Bilməlidir:

  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını;
  • fəaliyyəti ilə  bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili yaxşı, Rus və ingilis dilləri arzuolunandır.

Təhsili: orta təhsilli

Sertifikat: müvafiq sahə üzrə sertifikat arzuolunandır.

İş təcrübəsi: müvafiq sahə üzrə ən az 1 il təcrübə.

Fiziki görünüş: Boyu ən az 1.75 sm

Sürücülük vəsiqəsi: B kateqoriyası

İş qrafiki: Çox növbəli

3. VAKANSİYA

VƏZİFƏ: NÖVBƏ MEXANİKİ

Əsas vəzifə və öhdəliklər:

  • öz növbəsi ərzində gəminin mexaniki qurğusunu müstəqil idarə etmək, bütün gəmi texniki vəsaitlərindən səriştəli istifadə edilməsinə və öz növbəsində bütün heyət üzvlərinin normal istehsal və ictimai fəaliyyətini təmin etmək;
  • gəmi enerji avadanlıqları və qurğularını texniki istismar etmək;
  • istismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək;
  • gəminin istismarı zaman dəyişdirilməsi zəruri olan gəmi enerji avadanlıqlarını və ya avadanlığın sistem və elementlərini seçmək;
  • məsuliyyət daşıdığı bütün mexanizmlərin (göyərtə və ya maşın bölməsindəki) və avadanlıqların təhlükəsiz və səmərəli istismarını təmin etmək;
  • mexanizmlərin bütün qüsurları və özü gördüyü tədbirlər haqqında Baş mexanikə məlumatlar vermək;
  • qəza hallarında əsas xidmətlərin təhlükəsiz şəkildə bərpa olunması üçün mexanizmlərlə və sistemlərlə tanış olmaq;

  Bilməlidir:

  • Gəminin texniki xüsusiyyətlərini;
  • Normativ sənədlərdən istifadə, qüvvədə olan qaydalara, norma və standartlara riayət edilməsi;
  • gəminin avtomatlaşdırılmış elektroenergetik sistemlərinin, gəmi qurğu və avadanlıqların elektrik hərəkətləndiricilərinin texniki istismarı;
  • gəmi texniki qurğularının istismarı zaman müxtəlif ölçülərin çıxarılmasını, nəzarət ölçü aparatlarından istifadə;
  • tüstü, su, buxar və yanğınla mübarizədə gəmini təmin edilməsi;
  • müxtəlif detalların, qovşaq və maşınların elektrik sxemlərinin, eskizlərinin, cizgilərin, yığma layihələrinin ümumi görünüş cizgiləri oxumaq bacarığı;
  • gəmi xilasetmə vasitələrinin suya salınmaya hazırlanması və suya salınması üzrə bacarıqlar.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır.

Təhsili: müvafiq sahə üzrə orta ixtisas

Diplom, Sertifikat:

Növbə mexanikinin iş sertifikatı (diplom)

Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı

Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı

Gəmidə ilk tibbi yardım, yanğınla mübarizə geniş proqram üzrə əmniyyətli idarə etmə haqqında beynəlxalq məcəllə

Komandir və komandir heyəti üçün ixtisasartırma kursları

İş təcrübəsi: müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir.

İş qrafiki: Çox növbəli

4. VAKANSİYA

VƏZİFƏ: MÜHAFİZƏÇİ

Əsas vəzifə və öhdəliklər:

  • təhkim olunan ərazinin (postun) mühafizəsini həyata keçirmək;
  • növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
  • növbə zamanı cəmiyyətə məxsus əmlakın, habelə qorunması tapşırılmış digər avadanlıqları müvafiq təlimatın tələblərinə uyğun olaraq qorumaq;
  • mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə işlətdikləri hallarda həmin şəxsləri risk faktorlarını nəzərə alaraq qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirərək  hadisə yerində saxlamaq və dərhal müvafiq hüquq mühafizə orqanına təhvil vermək;
  • buraxılış rejimini pozaraq obyektə daxil olmaq istəyən şəxslərin buraxılmasının qarşısını almaq və bu barədə növbə rəisinə məruzə etmək;

Bilməlidir:

  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını;
  • fəaliyyəti ilə  bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili yaxşı, Rus və ingilis dilləri arzuolunandır.

Təhsili: orta təhsilli

Sertifikat: müvafiq sahə üzrə sertifikat arzuolunandır.

İş təcrübəsi: müvafiq sahə üzrə ən az 1 il təcrübə.

Fiziki görünüş: Boyu ən az 1.75 sm

İş qrafiki: Çox növbəli

5. VAKANSİYA

VƏZİFƏ: GƏMİ MOTORÇUSU

Əsas vəzifə və öhdəliklər:

  • mexaniki  qurğuların    hərəkətdə  olan    texniki   vəsaitlərin   işinə   nəzarət  etmək  və  onların  idarə edilməsini   həyata   keçirmək;
  • növbə  mexanikinin  qurğuların  tapşırılan  rejimlə  fasiləsiz  işləməsinin  təmin olunması   haqqında   göstərişlərini yerinə   yetirmək;
  • texniki vəsaitlərin işində aşkarlanan nasazlıqlar haqqında dərhal növbə mexanikinə məlumat vermək və onun aradan qaldırılmasına yönəldilən tədbirləri görmək;
  • insan həyatı üçün qəza təhlükəsi yarandıqda növbə mexanikinə məlumat vermək və lazımı tədbirlər görmək;
  • yanğın və ya bayırdan gəmi bortuna su tökülməsi baş verdikdə dərhal həyacan siqnalı elan etmək, yanğınla və ya su ilə mübarizə üzrə bütün mümkün və səmərəli fəaliyyəti həyata keçirmək;
  • İş sahəsini təsərrüfat standartlarına uyğun saxlamaq;

Bilməlidir:

  • Gəminin texniki xüsusiyyətlərini;
  • Əsas və köməkçi mühərriklərin quruluşu, onlara texniki xidmət qaydalarını;
  • Göyərtə mexanizmlərinin və sükan qurğusunun mexaniki hissələrini;
  • Yağ, yanacaq, içməli su, dəniz suyu, sıxılmış hava sistemləri və kompressorlarının texniki göstəricilərini;
  • Baş və köməkçi mühərriklərin hissələrinin sökülməsi, yoxlanması və yığılması üsullarını.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır.

Təhsili: müvafiq sahə üzrə orta ixtisas

Diplom, Sertifikat:

  • motorçunun iş sertifikatı (diplom);
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı;
  • Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı;
  • Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

İş təcrübəsi: müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir.

İş qrafiki: Çox növbəli

6. VAKANSİYA

VƏZİFƏ: GƏMİ MATROSU

Əsas vəzifə və öhdəliklər:

  • gəmi gövdəsinin, göyərtənin üst qurumlarının, yük anbarlarının və digər gəmi bölmələrinin, ballast və şirin su sistem və çənlərinin, xilasetmə vasitələrinin, yanğına qarşı mübarizə qurğularının texniki istismarı, gəminin verilən istiqamətdə idarə edilməsi;
  • gəmi işlərində, gövdə hissəsinə texniki xidmət işlərində yardım etmək;
  • yanalma əməliyyatı zamanı sahil matrosları ilə birlikdə işi təşkil etmək;
  • gəmiləri sahilə yanaşdırıb bağlamaq, gəmini digər gəmiyə bağlamaq üçün lövbər zəncirlərini idarə etmək və ya onları təchiz etmək;
  • yanalma quruluşuna aid olan avadanlıqları təhlükəsiz şəkildə və işlək vəziyyətdə saxlamaq;
  • göyərtəni və gəmi yerlərini səliqəyə salmaq;
  • şturman və sükan otaqlarının təmiz və qaydada olmasını təmin etmək;
  • İş sahəsini təsərrüfat standartlarına uyğun saxlamaq;

Bilməlidir:

  • gəmilərin növləri və konstruksiyaları;
  • siqnal işarələrini bilməlidir;
  • göyərtə texniki vasitələrini idarə etməyi bacarmalıdır;
  • gəmi göyərtə mexanizmləri və onların texniki istismarı
  • dənizçilik terminologiyası;
  • gəmi xilasetmə vasitələrindən istifadə etməyi bacarmalıdır;
  • gəmi üzrə ballast tanklarının və şirin su tanklarının, onların ölçmə, hava borularının yerləşdiyi yeri bilməlidir.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili əla, Rus dili arzuolunandır.

Təhsili: müvafiq sahə üzrə orta ixtisas

Diplom, Sertifikat:

  • Matrosun iş sertifikatı (diplom)
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı
  • Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı
  • Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat

İş təcrübəsi: müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük verilir

İş qrafiki: Çox növbəli

7. VAKANSİYA

VƏZİFƏ: AVTOBUS SÜRÜCÜSÜ

Əsas vəzifə və öhdəliklər:

  • iş rejiminə uyğun olaraq işçiləri təyin olunmuş yerdən Ələt qəsəbəsində yerləşən Ələt Limanına aparmaq və geri qaytarmaq;
  • xəttə çıxış zamanı avtomobillərin aqreqat və mexanizmlərini yoxlamaq;
  • avtobusda təmir üçün lazım olan alətlər, tərtibatlar və qurğuların saz vəziyyətdə olmasını  yoxlamaq;
  • nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı müvafiq təhlükəsizlik normalarına və qanunlara riayət etmək, sərnişinlərin təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək;
  • hərəkət intensivliyindən asılı olaraq avtomobilin sürətini düzgün seçmək, yaşayış məntəqələrində sürət rejiminə, müvafiq qaydalara ciddi riayət etmək;
  • sərnişinlərin rahatlığına uyğun olaraq isitmə, işıqlandırma və havalandırma sistemlərini tənzimləmək.

Bilməlidir:

  • xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
  • texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını;
  • akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını;
  • avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin minməsi və düşməsi üçün avtobusun dayanacağa yanalma qaydasını və bu qaydanın yerinə yetirilməsinə nəzarəti;
  • yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili surətdə avtobuslardan boşaldılması qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili yaxşı, rus dili arzuolunandır.

Təhsili: orta təhsilli

İş təcrübəsi: müvafiq sahədə ən az 3 il iş təcrübəsi.

Sürücülük vəsiqəsi: BCD kateqoriyası

İş qrafiki: Çox növbəli

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Mənbə: https://portofbaku.com/az/Career-at-Port-of-Baku/