ABŞ yeni hərbi gəmisini işə saldı – VİDEO

604

ABŞ Hərbi-Dəniz Qüvvələri “USS Indianapolis” sahilyanı zonasında yeni gəmini işə salıb. 

O, Amerika donanmasının tərkibinə İndiananın Berns-Harbor şəhərindəki Miçiqan gölünün limanında keçirilən mərasim zamanı daxil edilib.  

Yeni nəsil gəminin vəzifələrinə sahilyanı zonaya, əsasən Fars körfəzində olmaqla, açıq dənizdə gəmiçilik üçün ən vacib ərazilərə nəzarət etmək, eləcə də donanmanı kiçik suüstü gəmilərdən, düşmənin azsəsli sualtı qayıqlarından müdafiə, minaəleyhinə mübarizə, kəşfiyyat aparmaq, xüsusi əməliyyatlara dəstək daxildir.