“Dənizçilərin sağlamlığının qiymətləndirilməsi zamanı beynəlxalq meyarlar” kitabı nəşr edilib

312

Dənizçilərdə üzə çıxan patologiyalar adi şəraitdə insan orqanizminə təsir edən faktorlardan fərqlidir. Bu baxımdan Könüllü Tibbi Sığorta Proqramında təmsil olunan tibb müəssisələrinin, xüsusən su akvatoriyalarının təsirindən dənizçilərdə əmələ gələn spesifik xəstəliklər üzrə onların təfərrüatlı tibbi təlimatlara təmin edilməsi çox vacib məsələdir. Beynəlxalq Dəniz Təşkilatı Dünya Səhiyyə Təşkilatı ilə birlikdə dənizçilərdə üzə çıxan patologiyalarla əlaqədar və onların əmək qabiliyyətlərinin yararlılıq qiymətləndirməsi cədvəlini hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, yeni nəşr edilən “Dənizçilərin sağlamlığının qiymətləndirilməsi zamanı beynəlxalq meyarlar” kitabında həmin tövsiyələr cədvəlindən istifadə edilib və tibb müəssisələrində çalışanların onunla tanış olması və dənizçilərə göstərilən tibbi xidmət zamanı həmin tövsiyələri nəzərə alması arzu olunandır.

Kitabın ön sözünün müəllifi həkim-stomatoloq Adıgözəl Məmmədovdur.

“Dənizçilərin sağlamlığının qiymətləndirilməsi zamanı beynəlxalq meyarlar” kitabı “Zərdabi” nəşriyyatında çap edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır