Gürcüstanın Qara dəniz sahillərində qasırğa barədə xəbərdarlıq edilib

387

Gürcüstan ərazisindəki əlverişsiz hava şəraiti, güclü külək, yağış və qar ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Qara dəniz sahillərində 4-5 bal gücündə qasırğa olacaq. Sahil boyu qırmızı fənərlər yandırılıb.

Turistlərə dənizdən bir qədər uzaq dayanmaq tövsiyə olunur.

Bu gün və sabah ölkə ərazisində güclü yağış və qar yağacağı gözlənilir, güclü külək əsəcək.

Eyni zamanda, çaylarda suyun səviyyəsinin artacağı, torpaq sürüşməsi və qar uçqunu barədə də əhaliyə xəbərdarlıq olunub.

Məlumat üçün qeyd edək ki, güclü qar yağması səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolu, eləcə də ölkə daxili bəzi yollar bağlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır