Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər

341

Bakı şəhəri 2 saylı texniki humanitar elmlər liseyinin şagirdləri Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, burada şagirdlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib, onları maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb.

Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır