Dövlət Dəniz Agentliyinin təşkilatçılığı ilə ADDA-da seminar keçirib

418

Dövlət Dəniz Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllim – professor heyətinə “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın müddəalarının və konvensiyaya edilmiş dəyişikliklərin tam və effektiv şəkildə yerinə yetirilməsi mövzusunda seminar keçirilib.

Seminarda Dövlət Dəniz Agentliyinin əməkdaşı, gəmi heyəti şöbəsinin müdir müavini – diplom, imtahan və sertifikatlaşdırma sektorunun müdiri Vüsal Mustafayev çıxış edib. O, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın müddəaları barədə iştirakçılara ətraflı məlumat verib. Vüsal Mustafayev vurğulayıb ki, konvensiyanın məcburi tələbi kimi tədrisin ayrılmaz hissəsi olan dəniz nəqliyyatı üzrə təhsil alan tələbələrin təcrübələrinin aparılması, təşkil olunması və nəzarət edilməsi mühüm əhəmiyyət kəsb edir. Müasir dövrün tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məqsədi ilə Akademiyada təhsil alan tələbələrin gəmilərdə, gəmi təmiri müəssisələrində istehsalat təcrübəsi keçmələri barədə danışan Vüsal Mustafayev tələbələrin təcrübə keçdiyi gəmiçilik şirkətlərinin öhdəlikləri və məsuliyətləri barədə ətraflı məlumat verdi.

Seminarda istehsalat təcrübəsinin daha da təkmilləşdirilməsinə dair təkliflər səsləndirildi, iştirakçıların sualları cavablandırıldı.