Qəbul edilən hər qaçqına görə Aİ büdcəsindən 10 min avro ödəniləcək

233

Aralıq dənizi bölgəsi ölkələrindən, Livan, İordaniya, Niger və Ruandadan olan miqrantların köçürülməsi proqramında iştirak edən Aİ dövlətləri gələn il qəbul edəcəkləri hər qaçqına görə Aİ büdcəsindən 10 min avro alacaqlar. Bu məbləğ həmin ölkələrə köçürülən qaçqınların yerləşdirilməsinə görə maliyyə dəstəyi kimi ayrılır.

AZƏRTAC xəbər verir ki, dünyanın böhranlı regionlarından 30 minə yaxın qaçqın qəbul ediləcəyi gözlənilir.

Almaniya KİV-lərində verilən məlumata görə, bu ölkə 5500-ə qədər miqrantı öz ərazisində yerləşdirmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır