Gəzinti kateri lüks yaxtaya çırpıldı, kapitanı öldü – FOTO

323

Tailandda Phuket kurortu yaxınlığında sürətli kater lüks yaxtaya çırpılıb.

“Bangkok Post” xəbər verir ki, hadisə nəticəsində katerin kapitanı ölüb, 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.   

Zərbədən kapitan köməkçisi suya düşüb, hazırda xilasedicilər onu axtarırlar.

Yaralananlar sahilə çıxarılaraq xəstəxanaya yerləşdiriliblər.