“Total” ABŞ-ın “Apache” şirkətinə 100 milyon dollar bonus ödəyəcək

264

Fransanın “Total” neft şirkəti Surinamdakı dəniz blokunu inkişaf etdirmək üçün əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən, ABŞ-ın “Apache” şirkətinə 100 milyon dollar bonus ödəyəcək.

Youthportal.az şirkətə istinadla xəbər verir ki, “Total” layihə üzrə operator olacaq və Surinamda özünün dərin su təcrübəsini tətbiq edəcək. Beləliklə “Total” əlverişli neft əyaləti olan Qayana-Surinam hövzəsində mövqeyi genişləndirir.

Razılaşmaya əsasən, Surinamdakı “Blok 58”də “Apache” və “Total”ın 50 faizlik iş sahəsi olacaq.