“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı 500 milyon tonu keçib

301

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatı 500 milyon tonu ötüb.

Bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

O bildirib ki, 1997-ci il noyabrın 7-də AÇG üzrə “Çıraq” platformasından ilk neft hasil edilməyə başlanıb. Həmin dövrdən indiyədək yataqlar blokundan 500 milyon tondan çox neft hasil olunub. AÇG-dən 500 milyonuncu ton neftin çıxarılması isə ötən ilin dekabr ayının sonlarına təsadüf edib.

Qeyd edək ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsindən əldə etdiyi birbaşa gəlir 140 milyard dollardan çoxdur.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP – 30,37 faiz, “AzAÇG” (SOCAR) – 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Equinor” – 7,27 faiz, “ExxonMobil” – 6,79 faiz, “TPAO” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz. AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır