Meksikada təbii hadisəyə görə 300-ə yaxın tısbağa ölüb

628

Mikro yosunlarının rənginə görə “qırmızı yüksəlmə” adlandırılan təbii bir hadisə Meksikanın cənubundakı Oaxaka ştatının çimərliklərində yüzlərlə tısbağanın ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə Meksika Ətraf Mühitin Qorunması üzrə Federal Prokurorluğu bildirib.

Məlumata əsasən, ölümün səbəbi mikro yosunların tərkibindəki trematodlarla intoksikasiya olub.

Qeyd edək ki, dekabrın 25-də ştatın sahillərində mikro yosunlarının yüksək miqdarda olması səbəbindən “qırmızı yüksəlmə” adlanan təbii hadisə qeyd edilmişdi.

Sonrakı günlərdə 292 dəniz Qalapaqos tısbağası ştatın çimərliklərində ölü tapılıb, daha 27 tıspağa xilas edilb.