Türkiyədə 220-dən çox qanunsuz miqrant saxlanılıb

244

Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.

Trend-in məlumatına görə, dörd qayıqda 221 qanunsuz miqrant olub.

Miqranatlar sahil mühafizəçiləri tərəfindən Dikili, Menderes, Seferihisar və Urla vilayətlərində saxlanılıb.

Onların hamısı Suriya, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo, Seneqal, Fələstin, Toqo, Eritreya, Nigeriya, Yəməndən olan gəlmələrdir.