Bakı Limanı vakansiya elan edib

699

 Bakı Limanı Təlim mərkəzinə aparıcı mütəxəssis və Keyfiyyətə nəzarət üzrə aparıcı mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edir.

Vakansiyanın əsas vəzifə və öhdəlikləri barədə aşağıda göstərilmiş linkdə tanış ola bilərsiniz.

https://portofbaku.com/az/Career-at-Port-of-Baku/

Bakı Limanı üçün port əməliyyatları və liman idarəçiliyinin müxtəlif sahələrini təmsil edən 600-dən çox mütəxəssis işləyir. Sağlam və mehriban iş mühiti, karyera inkişafı, təlimlər və peşə inkişafı üçün imkanlar təklif edirik. 

Məqsədimiz Avrasiya regionunda nəqliyyat və logistika mərkəzi olmaq və ölkəyə ən yaxşı təcrübələr gətirməkdir.

Xahiş edirik CV-nizi iş imkanları üçün [email protected] ünvanına göndərin.

Mövcud vakansiyalar:

1. VAKANSİYA

VƏZİFƏ: TƏLİM MƏRKƏZİNƏ APARICI MÜTƏXƏSSİS

Əsas vəzifə və öhdəliklər:

  • Təlim mərkəzində keçirilən təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin illik planını hazırlamaq;
  • müvafiq təlim proqramlarını və təhsil modullarını hazırlamaq;
  • Tədris materiallarını tərtib etmək və metodik vəsaitləri hazırlamaq;
  • təlim iştirakçılarının nəzəri və praktiki bilik yoxlanışının təşkili və nəticələrinin müvafiq bazaya əlavə edilməsini təmin etmək;
  • Aparılan təlimlərin nəticələrini qiymətləndirmək;
  • Cəmiyyət işçilərinə müvafiq sahə üzrə təlimlər vermək.

       Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.

Təhsili: ali, ümumi ixtisas təhsilli

Yaş həddi : 25-35 yaş
İş təcrübəsi: müvafiq sahədə minimum 2-3 il təcrübə (təlimçi kimi ən az 2 il təcrübə)

Proqram təminatı: MS Office proqramları (xüsusilə də Power Point) 

Bacarıqlar: Auditoriya ilə işləmək, informasiyanı çatdırmaq bacarığı, Təqdim etmə bacarığı, təqdimat hazırlama bacarığı, nitq qabiliyyəti

Bilməlidir:

  • fəaliyyəti ilə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini;
  • kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə metodları ;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını;
  • SƏTƏM üzrə biliklər.

İş qrafiki: həftədə 5 gün, 09:00-17:00

İş yeri: Ələt qəsəbəsi (servis avtobusu ilə təmin olunur)

2. VAKANSİYA

VƏZİFƏ: KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ APARICI MÜTƏXƏSSİS

Əsas vəzifə və öhdəliklər:

  • Keyfiyyət idarəetmə sisteminə (KİS) aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrini hazırlamaq, onların tətbiq olunmasında iştirak etmək;
  • KİS-in  beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin  həyata keçirilməsində iştirak etmək;
  • KİS-in Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanmasında və sistemləşdirilməsi işində iştirak etmək;
  • KİS-in müvafiq  proseslərinin  icrası  və proses göstəriciləri ilə bağlı məlumatları toplamaq, onları analiz etmək;
  • İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün  zəruri tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  • Müştəri məmnuniyyətinin ölçülməsi prosesinin şəffaf və ədalətli şəkildə həyata  keçirilməsi üçün  sorğuları maraqlı tərəflərə göndərmək, qəbul etmək, məlumatları təhlil etmək və hesabat hazırlamaq;
  • KİS-nə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmasına nəzarət etmək;
  • Cəmiyyətdə beynəlxalq standartlar əsasında tətbiq olunan KİS və ona dair qəbul edilmiş sənədlərlə bağlı Cəmiyyətin əməkdaşları üçün maarifləndirici seminarlar keçirmək.

             Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili yaxşı, Rus dili arzuolunandır.

Təhsili: ali, ümumi ixtisas təhsilli

Yaş həddi : 25-35 yaş
İş təcrübəsi: müvafiq sahədə minimum 2-3 il təcrübə

Proqram təminatı: MS Office, MS visio

Bilməlidir:

  • İSO 9001:2015 və 19011 standartlarının əsaslarını;
  • Keyfiyyət idarəetmə sisteminə aid olan sənədlərin hazırlanması üçün məlumatların toplanması, təhlili, qiymətləndirilməsini;
  • Keyfiyyəti idarəetmə sisteminin bütün fəaliyyət istiqamətlərində proseslərin sənədləşdirilməsini;
  • Müvafiq normativ sənədlərin hazırlanması qaydalarını.

İş qrafiki: həftədə 5 gün, 09:00-18:00

3. VAKANSİYA

VƏZİFƏ: STATİSTİK

Əsas vəzifə və öhdəliklər:

  • Terminallar, istiqamətlər və yükün növü üzrə yükaşırmaların aylıq statistik hesabat məlumatlarını toplamaq;
  • Limana daxil olan gəmilərin statistik hesabat uçotunu tərtib etmək;
  • Statistik uçotun məlumatları əsasında müxtəlif arayışlar hazırlamaq;
  • Liman üzrə görülmüş işə görə aylıq gəlirin hesabatını tərtib etmək, aylıq gəliri müvafiq proqram təminatında yoxlamaq;
  • Dövlət Statistika komitəsinə müvafiq hesabatları tərtib etmək

Bilməlidir:

  • İqtisadi statistikanın əsaslarını;
  • Statistik uçot və hesabat üzrə ilkin sənədlərin formalarını və onların doldurulması qaydalarını;
  • Hesablama texnikasının istismarı qaydasını.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Rus dili əla, ingilis dili arzuolunandır.

Təhsili: ali təhsilli

Yaş həddi : 25-45 yaş
İş təcrübəsi: müvafiq sahədə ən az 1 il təcrübə

4. VAKANSİYA

VƏZİFƏ: MÜHAFİZƏÇİ

Əsas vəzifə və öhdəliklər:

  • təhkim olunan ərazinin (postun) mühafizəsini həyata keçirmək;
  • növbə zamanı riskləri qiymətləndirmək və qabaqlayıcı tədbirlər görmək;
  • növbə zamanı cəmiyyətə məxsus əmlakın, habelə qorunması tapşırılmış digər avadanlıqları müvafiq təlimatın tələblərinə uyğun olaraq qorumaq;
  • mühafizə olunan obyektlərdə hüquqa zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya fiziki qüvvə işlətdikləri hallarda həmin şəxsləri risk faktorlarını nəzərə alaraq qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirərək  hadisə yerində saxlamaq və dərhal müvafiq hüquq mühafizə orqanına təhvil vermək;
  • buraxılış rejimini pozaraq obyektə daxil olmaq istəyən şəxslərin buraxılmasının qarşısını almaq və bu barədə növbə rəisinə məruzə etmək;

Bilməlidir:

  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını;
  • fəaliyyəti ilə  bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini.

Tələb olunan təhsil və təcrübə:

Dil bilikləri: Azərbaycan dili yaxşı, Rus və ingilis dilləri arzuolunandır.

Təhsili: orta təhsilli

Sertifikat: müvafiq sahə üzrə sertifikat arzuolunandır.

İş təcrübəsi: müvafiq sahə üzrə ən az 1 il təcrübə.

Fiziki görünüş: Boyu ən az 1.75 sm

İş qrafiki: Çox növbəli

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

https://portofbaku.com/az/Career-at-Port-of-Baku/