Bermud üçbucağında itən gəmi 100 il sonra tapılıb

416

Bermud üçbucağında itən ticarət gəmisi “SS Cotopaxi” 100 il sonra tapılıb. Gəmini içərisində gəmi heyəti ilə birlikdə bir qrup dəniz arxeoluqların qalıqları da aşkar olunub.

Bu barədə FOX News xəbər verib.

Xəbərə görə, “SS Cotopaxi” ticarət gəmisi 1925-ci ildə Kubanın paytaxtı Havanaya getmək üçün Korolinadakı Çarleston limanından yola çıxıb. Limandan ayrılandan iki gün sonra isə yardım siqnalları göndərib.

Bir müddətdən sonra gəmi heyəti ilə birlikdə yoxa çıxıb. “SS Cotopaxi”nin axtarışlarından “Science Channel” kanalında “Batan sirlər” adli verlişin ilk bölümündə bəhs edilib.

Tədqiqatçılar 35 il bundan qabaq Florida ştatının St. Avqustin şəhəri yaxınlığında aşkar olunan gəminin “SS Cotopaxi” olduğunu bildiriblər.

“Science Channel”in rəsmi açıqlamasında, “verilən rəyləri və bütün dəlilləri tədqiq etdikdən sonra “SS Cotopaxi”nin batdığı yeri tapdığımız qənaətinə gəldik”, – deyə bildirilib.