“Lockheed” gəmiləri raketdən qorumaq üçün proqram hazırlayacaq

285

ABŞ Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin aviadaşıyıcılarını, kreyserləri və esminesləri raketlərdən qoruya biləcək Səthi Elektron Müharibə Təkmilləşdirmə Proqramlarının (SEWIP) istehsal edilməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin dəyəri 185 milyon dollardır.

Qeyd olunur ki, proqram donanma gəmilərinin erkən aşkarlama, təhlil və xəbərdarlıq qabiliyyətlərini artıraraq gəmi əleyhinə raketlərdən qorunmasını təmin edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır