Aşqabadda Xəzər dənizində elmi tədqiqatlar sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi müzakirə olunacaq

307

Türkmənistan Prezidentinin imzaladığı Sərəncamla ölkənin Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi və Xəzər dənizi İnstitutuna fevralın 6-7 tarixlərində Aşqabadda Xəzər dənizində elmi tədqiqatlar sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin müzakirəsi üzrə Xəzəryanı dövlətlərin nümayəndələri ilə görüşün keçirilməsi həvalə olunub.

AZƏRTAC bu barədə “Turkmenistan seqodnya” dövlət informasiya agentliyinə istinadla xəbər verir.

Xəzər dənizi İnstitutu Xəzər hövzəsi regionunda əməkdaşlığın inkişafı, müxtəlif istiqamətlərdə icra olunan işin təhlili, dənizdə elmi tədqiqatların aparılması, Xəzər dənizi ilə bağlı beynəlxalq-hüquqi və milli sənədlərin hazırlanması, həmçinin Türkmənistanda Xəzər dənizi məsələləri üzrə beynəlxalq sazişlərin icrasının xülasəsi və metodik məlumatın hazırlanması məqsədilə yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır