İtaliya daha 363 miqrantı qəbul edib

277

“Open Arms” xilasedici təşkilatı Aralıq dənizində qayıqlarla hərəkət edən daha 363 qanunsuz miqrantı gəmiyə alaraq İtaliya sahilində təhvil verib.

AZƏRTAC xəbər verir ki, xilas edilən miqrantlar Malta sahilləri yaxınlığında sularda qalaraq quruya girməyi gözləyiblər. Nəhayət ki, 5 gün aparılan danışıqlar nəticəsində İtaliya hökuməti onların Siciliya sahilində yan almalarına icazə verib. İcazəyə əsas səbəb isə insanların yemək ehtiyatlarının qurtarması olub.

Son aylarda İtaliyanın xilas etdiyi qanunsuz miqrantların bir hissəsi Avropanın digər şəhərlərinə köçürülməyi gözləyir. İtaliya hökuməti yalnız bu şərtlə onları ölkəsinə qəbul etdiyini də açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır