“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin departament rəhbəri vəfat edib

412

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Layihələrin idarəedilməsi departamentinin rəisi Kərim Sultanov vəfat edib.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, o, 29 iyul 1977-ci il tarixində Bakıda anadan olub, Azərbaycan Dövlət Dillər Universitetinin Dilşunaslıq (tərcüməçi-referent, ingilis-dili) ixtisasını bitirib. 

K.Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Dövlət Tibb Kitabxanasında tərcüməçi kimi başlayıb, daha sonra Azərbaycan Futbol Federasiyaları Assosasiyasında, “Aİ crane” şirkətində, “Xəzərdənizneftqaztikinti” trestində, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb, 2014-cü ildən ASCO sıralarına qoşulub. Ona müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib, göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” yubiley medalına layiq görülüb.

Allah rəhmət eləsin!