Dəniz kimidir həyat:bəzən dalgalanır, bəzən durulur…

652

 DenizXeber.az“Xəbərekspress.az”-ın uzaq səfərlər kapitanı, hazırda Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Nazim Həbibovla müsahibəsini təqdim edir?

-Nazim müəllim, Sizi Azərbaycandan salamlayır və Sizinlə həmsöhbət olmaqdan qürur duyuruq

– Çox sag olun,mən də sizi və bütün Azərbaycan xalqını uzaq Ərəbistan ölkəsindən salamlayıram

-Ürəyə ən qısa yol səmimiyyətdən başlanar deyirlər,biz də bu gün Sizinlə səmimi bir söhbət aparmaq istəyirik

-Buyurun

– Nazim müəllim,məlum oldugu kimi COVİD-19 adı verilən öldürücü virus pandemiyası bütün dünyanı lərzəyə gətirib,artıq dünyanın 180-dən çox ölkə və ərazisində bu pandemiyadan dunyasını dəyişən və yoluxanların sayı həddən artıq çoxdur və bununla əlaqədar Sizə belə bir sual ünvanlamaq istərdik-gəmilərdə dəniz fədailərimiz bu virusdan necə qorunurlar?

-Bununla əlaqədar deyə bilərəm ki,dənizçilər hər zaman və hər yerdə qoyulmuş qaydalara əməl edir, onları pozmamaga çalışırlar.Bunlara bütün gigienik qaydalara əməl etmək,yəni tez- tez əllərimizi isti su,sabun yaxud digər yuyucu maddələrlə yumaq,tibbi spirtlə dezinfeksiya etmək,mütəmadi olaraq isti su içmək, immuniteti normada saxlamaq üçün qidalanma və yuxu rejiminə əməl etmək və s.aid etmək olar.

Əmin olmaq istərdim ki cavabım sizi qane edəcək…

-Əmin ola bilərsiniz ki, cavab bizi tam qane etdi,həmçinin bu cavab yeni bir sualın yaranmasına təkan verdi..

-Buyurun

-Nazim müəllim,dənizçilər hər zaman və hər yerdə yüksək peşəkarlıgı, işgüzarlıgı ,cəsarəti, cəsurlugu,əzmkarlıgı və fədakarlıgı ilə fərqləniblər.Əbəs yerə deyilməyib ki:”Dəniz cəsurları sevir”.Bu da heç kımə sirr deyildir ki,onlar həmişə çətin məqamlarda bir- birinə dəstək olublar,necə deyərlər arxa-dayaq durublar…

-Əlbəttə,bu danılmaz həqiqətdir…Azərbaycan dənizçiləri harada çalışmaqlarından asılı olmayaraq hər zaman dövlətçiliyə baglı olublar,heç uzaga getməyək, yaxın tariximizə bir də diqqət yetirək…yəqin ki,xalqımızın yaddaşında 20 -Yanvar hadisələrində Azərbaycan dənizçilərinin göstərdikləri rəşadət və qəhrəmanlıqları əbədi həkk olunub.

Azərbaycan dənizciləri o müdhiş Yanvar gecəsində rus ordusu tərəfindən xalqımızın başına gətirilən vəhşilikləri bütün dünyaya “SOS”siqnalı vasitəsilə çatdırmaqla , xalqın çətin günündə xalqla birlikdə olmaqla, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə öz imzalarını atdılar. Belə fədakar dənizçilərin içərisində mənim yaxın kapitan dostlarım da var idi…Həmidov Çingiz, Agakişiyev Hidayət,Əliyev Mövlüd,Əliyev Murad,Əliyev İbrahim, Əliyev Müzəffər,Salayev İbrahim,Mütəllimov Kişi,İbrahimov Agalar, Məmmədov Kərəm və b.

Onları həbs etdilər, amansız işgəncələrə məruz qoydular,lakin onlar” DƏNİZÇİ”adına zərrə qədər də xələl gətirmədilər,hətta bu isgəncələrin təsirindən az müddət sonra əziz dostum Çingiz dünyasını dəyişdi…Bəs bu fədakarlıq deyilmi…başqa cür bunu necə adlandırmaq olar?

– Bu çox təsirli oldu…

– Təsirlənməyin, biz bu peşəni secəndə hər şeyi nəzərə almışıq, xalq dili ilə desək “gözə” almışıq… buna “Həyat” deyirlər,həyat nə tamaşa,nə bayramdır,həyat çətin imtahandır, həyatda hər şey,hər zaman qarşılıqlı olmur,heç vaxt sən istədiyin kimi olmayacaq, hər şey olmalı oldugu kimi olacaq…ona görə siz də hər bir ana və yanınızda olan insanlara deyər verin!Deyər verin ki, dəyər qazanasınız…Həyatda hər şey ola bilərsən ,amma ən vacibi İNSAN olmaqdır.

-Hər kəs uzaqdan dönəcəyi günü həsrətlə, səbrsizliklə gözləyir,bəs Siz necə?

-Bəli,bu belədir,lakin bütün bünlar müvəqqəti çətinlik ,müvəqqəti sıxıntılardır.Bir çox sahələrdə işin dayanmasına baxmayaraq dənizçilər yenə fədakarlıq göstərərək və bütün qaydalara riayət edərək fəaliyyətlərini davam etdirirlər.

Mən də uzaq Ərəbistan sularında Azərbaycan dənizçilərini təmsil edirəm,çalışıram ki, vətənimizin adına xələl gətirməyəm, həm də unutmaq olmaz ki,bu sadəcə pis gündür,pis həyat deyildir…mənalı və düzgün yaşamagı bacarsan, həyat gözəldir,ona görə səy göstərib bütün xəstəliklərə qalib gəlmək lazımdır, o cümlədən də taclı virusa

-Nazim müəllim ,güclü küləyə və fırtınaya öyrəşmisinizmi?

Dənizin fırtınalı vaxtı da olur, sakit vaxtı da…küləkli vaxtı da olur, küləksiz vaxtı da,hər əsən külək ayrı mənzərə verər dənizə,külək qüvvətlidirsə çıxar fırtına,lakin bu heç də fədakar dənizçini və peşəkar kapitanı qorxuda bilməz,burada sadə bir həqiqət var… işinin əsl vurgunu ,əsl cəfakeçi olmaq,lakin burada təbii fəlakətlər istisnadır ,yoxsa onlarla belə fəlakətlərin qurbanı olmuş dənizçi qardaşlarımın ruhlarını inçitmiş olaram…Allah belə qurbanların hər birisinin ruhunu şad eləsin,o cumlədən də 4 dekabr 2015-ci ildə” Günəşli”neft yatagında yangın nəticəsində 9 nəfər həyatlarını itirən dənizçi qardaşlarımızın,həmçinin bu faciədə muxtəlif xəsarətlər almış 63 nəfər dənizci qardaşımıza da Allah can sağlığı versin,Allah o bəladan onları necə hifz etdisə, bu bəladan da hifz etsin.

-Dənizçi həyatının fədakarlıgı cild-cild kitablara sıgmaz,Sizin haqqınızda kitab yazılsaydı ,onun necə adlandırılmasını istərdiniz?

-Çox sadə…U Z A Q S Ə F Ə R L Ə R K A P İ T A N I…

-Nazim müəllim, Sizin üçün xoşbəxtlik nədir?

-Əzizlərinin və sənə yaxın olan kəslərin saglam olmasıdır ,yerdə qalanı isə yenidən əldə etmək olar.Fürsətdən istifadə edərək dogmalarıma, yaxınlarıma və bütovlukdə xalqıma can sağlığı arzulayıram…Allah bizi bu bəladan hifz etsin.Xoşbəxtliyin yolu sınaqdan keçər,bu da bizim üçün bir sınaqdır,çalışaq ki, düşəndə ümidimizi, qalxanda insanlıgımızı itirməyək,taleyin necə gətirəcəyini heç kəs bilmir

 – Həyat və dəniz arasında bir uygunluq görürsünüzmü?

-Xalq şairimiz R.Rzanın dəniz haqqında gözəl bir yanaşması var:

Dəniz də

Fikirli olur

Məkirli olur

Sirli olur

Təmiz olur

Kirli olur

Dəniz də həyat kimidir:bəzən dalgalanar, bəzən durular,kimi durmadan üzər, kimi yorular,kimini uzaqlara götürər,kimini bir yerdə qayaya vurar…Bəziləri sakit yerdə üzər,bəziləri dalğalarında batar, ağuşunda itər,necə-necə dənizçinin son mənzilinə çevrilmiş dəniz.Həyat da dəniz kimidir-kimi axıntısına istəmədən qapılar,kimi də özünü axıntısına atar.Həyat da dəniz kimi məkirliliyi,çirkliliyi qaldırmaz,bir dəfə cirkləndinmi ,nə vaxtsa səninlə hesabını çəkər…özü də çox amansız çəkər…Həyatda hər bir əməl niyyətinə görə dəyər qazanar.

-Nazim müəllim,dənizçi olmaq istəyən gənclərimizə tövsiyəniz,indiki gənclər bu estafeti qəbul etməyi bacararlarmı?

-İstəmək, arzulamaq kifayət deyildir,bunun üçün gərək hərəkət edəsən, cəhd edəsən,cəhd etməyənə qədər sən nəyi bacarıb bacarmadıgını bilmirsən,bəlkədə səndə hecnə alınmayacaq,amma cəhd etməyə hər zaman dəyər.”Mən bacarmaram ”deyə bir ifadə yoxdu,hər şey zamanla əldə olunur,təcrübədə qazanılır.Cətinlikdən qorxmaq lazım deyil,əks halda arzular ,arzu və xəyal olaraq qalacaq.

-Nazim müəllim,çox maraqlı müsahib oldunuz bizim üçün,Sizinlə vətəndə görüşmək arzusu ilə Sizdən ayrılırıq ,bizə sözünüz…

-Sizə minnətdarlıgımı bidirirəm, Sizi və Sizin timsalınızda xalqımızı Allah qorusun,tezliklə bu xəta- bəlanı Allah bizdən uzaq etsin…

-Amin..

Sonda isə oxucularımıza demək istəyirik :

Ugur gəlib çıxmaz arzulamaqla,

O,alın tərindən cücərib çıxar!

Sabahı qəlbi ilə suvaran insan,

Hər kəsin gözünə vüqarla baxar.

Xarici ölkədə Azərbaycanımızı ləyaqətlə təmsil edən Nazim Həbibov peşəsinin əsl vurgunu olan və hər kəsin gözünə vüqarla baxan kapitanlarımızdandır

Bizə isə təkcə:”Yolun həmişə açıq olsun kapitan,Allah səni tezliklə dögmalarına qovuşdursun!”-demək qalır…

Ruhiyyə Eldarqızı

Dəniz kimidir həyat:bəzən dalgalanır,  bəzən durulur...
Dəniz kimidir həyat:bəzən dalgalanır,  bəzən durulur...
Dəniz kimidir həyat:bəzən dalgalanır,  bəzən durulur...
Dəniz kimidir həyat:bəzən dalgalanır,  bəzən durulur...