Dövlət Dəniz Agentliyi də qanvermə aksiyasına qoşulub

240

Dövlət Dəniz Agentliyinin kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanın irəli sürdüyü xoş təşəbbüsə qoşularaq karantin rejimində qan ehtiyatı azalan talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verirlər. Qanvermə aksiyası karantim rejiminin tələblərinə uyğun olaraq xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilir.

Bu barədə AZƏRTAC-a agentlikdən bildirilib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

0