Yanvar-mart aylarında dəmir yolu ilə 1,4 milyon ton yük daşınıb

246

Cari ilin birinci rübündə dəmir yolu nəqliyyatı ilə 1 milyon 413 min 610 ton yük daşınıb ki, bu yüklərin dəyəri 572,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, üç ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 453,3 min ton yükün dəyəri 111,1 milyon dollar təşkil edib.

Hesabat dövründə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 960,2 min ton, dəyəri isə 460,9 milyon dollar olub.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır