Tramp ABŞ gəmilərinə təhlükə yaradacaq İran katerlərini vurmağı tapşırıb

297

ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinə Birləşmiş Ştatların dənizdəki gəmilərinə təhlükə yarada biləcək İrana məxsus bütün katerləri məhv etmək barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Donald Tramp özünün “Twitter” səhifəsində yazıb. Prezident digər təfərrüatları açıqlamayıb.

Aprelin 15-də ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının mətbuat xidməti İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus hərbi katerlərin Körfəzdə Birləşmiş Ştatların bir neçə hərbi gəmisi yaxınlığında təhlükəli manevrlər etdiyini bildirib. Məlumata görə, İran katerləri ABŞ gəmilərinə 9 metr məsafəyə qədər yaxınlaşıb.

İslam İnqilabı Keşikçiləri Korpusu isə aprelin 19-da bildirmişdi ki, Körfəzdə ABŞ-ın bütün yanlış hərəkətlərinə cavab verməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır