Apreldə dəniz nəqliyyatı ilə 28,1 milyon dollarlıq yük daşınıb

278

Aprel ayında dəniz nəqliyyatı ilə ümumilikdə 58 min 634 ton yük daşınıb ki, bu yüklərin dəyəri 28,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 28 min 757 ton yükün dəyəri 7,9 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 29 min 877 ton, dəyəri isə 20,1 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır